Dünya 

Rusiyada təyyarə qəzasından sağ çıxan yoxdur – YENİLƏNİB

Rusiyada radarlardan itən An-26 təyyarəsinin qəzaya uğradığı bəlli olub.

TASS xəbər verir ki, təyyarənin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb.

Təyyarədəki 22 sərnişin və altı heyət üzvü arasında sağ qalan olmadığı bildirilir.

09:56

Rusiyanın Kamçatka bölgəsi üzərində uçan An-26 təyyarəsi radarlardan itib. Onunla əlaqə yaratmaq mümkün olmayıb.

Bu barədə TASS Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 29 nəfər var. Onlardan altısı heyət üzvüdür. Təyyarənin dənizə düşməsi ehtimalı istisna edilmir.

Daha çox xəbərlər