ABŞ Konqresində 20 Yanvar faciəsi ilə bağlı növbəti bəyanat verilib
ARANTV.AZ xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında 20 Yanvar faciəsi ilə bağlı növbəti bəyanat verilib. Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosarın bəyanatında bildirilir ki, 29 il əvvəl formalaşmaqda olan müstəqillik hərəkatının zorla yatırılması məqsədilə sovet ordusu Azərbaycana yeridilib. Dinc nümayiş iştirakçılarına hücum nəticəsində 140-dan çox mülki şəxsi qətlə yetirib, 700-dən çox insan yaralanıb. Lakin bu, azadlıqsevər Azərbaycan xalqının əzmini qıra bilmədi. Əhalinin azadlıq və demokratiya tələbi müstəqilliyin elan edilməsi ilə nəticələndi. Bəyanatda Azərbaycanın ABŞ-ın regiondakı əhəmiyyətli müttəfiqinə çevrildiyi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı da vurğulanır.

