Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək – Koronavirusun müalicəsi üçün
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.
Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu Favipiravir dərmanı göndərəcək.

