Kriminal 

Bakıda qadını bıçaqladılar – VİDEO

Gecə saatlarında Bakının Kürdəxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, qəsəbədə yaşayan, 1966-cı il təvəllüdlü Əliyeva Gülzar Məmmədtağı qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı təcili olaraq Sabunçu Rayon 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Xəstəyə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hal-hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər