Hadisə 

Kür çayından naməlum kişi meyiti tapıldı

Salyanda çayda meyit aşkar edilib.

ARANTV.AZ xəbər verir ki, bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib.

Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma gedir. (“Report”)

Daha çox xəbərlər