Qarabağla bağlı narahat idim – SƏFİR
“Bu gün çox xüsusi və əlamətdar gündür. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Qarabağda, Şuşadadırlar. Mən də burada olmağımdan çox məmnunam”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tonq Op Kim söyləyib.
Diplomat deyib: “Təsəvvür edə bilməzsiniz ki, mən Qarabağla bağlı necə narahat idim. Bu gün nəhayət ki, buradayam. Şuşa səfəri məndə zəngin təəssürat yaratdı”.

