İdman 

Mançester klublarından gözlənilməz xal itkiləri – VİDEO

İngiltərə Premyer Liqasında XXIV turun oyunlarına start verilib.

ARANTV.AZ xəbər verir ki, aparıcı komandalardan “Arsenal” “Kardif”dən üstün olub – 2:1.

Autsayderlərdən olan italiyalı Klaudyo Ranyerinin “Fulhem”i hesabda 0:2 geridə olsa da, gözlənilmədən fasilədən sonra dörd qol vuraraq qalib gəlib – 4:2.

Günün ən gözlənilməz oyunları isə Mançester klubları ilə bağlı olub.

Norveçli məşqçi Ule Qunar Sulşerin gəlişindən sonra ardıcıl səkkiz oyunda qalib gələn “Mançester Yunayed” “Börnli” ilə matçda xal itirib – 2:2.

Hətta komanda məğlub da ola bilərdi. Lakin fransalı Pol Poqba (penalti) və isveçli mərkəz müdafiəçisi Viktor Lindelöfün qolları “qırmızı şeytanlar”ı məğlubiyyətdən xilas edib.

“Mançester Yunayted”in çempionluğa oynayan əzəli rəqibi “Mançester Siti” isə “Nyukasl” komandasına uduzub – 1:2.

Baxmayaraq ki, argentinalı Serxio Aquero hesabı açmışdı. Lakin fasilədən sonra ispaniyalı Rafael Benitesin komandasının əzmkarlığı “şəhərlilər” üçün acı sonluqla nəticələnib.

oxu.az

Daha çox xəbərlər