Bakı-Qazax yolunda duman maşınların hərəkətində çətinlik yaradıb – FOTOLAR
Gecə saatlarında Bakı-Qazax avtomobil yolunun Goranboy və Yevlax rayonları ərazisindən keçən hissələrində qatı duman maşınların hərəkətində çətinlik yaradıb.
ARANTV.AZ report-a istinadən bildirir ki, Yevlağ-Aran qəsəbəsi səmtində, eləcə də Aran-Goran qəsəbəsi aralığında nəqliyyatın hərəkəti qatı duman səbəbindən xeyli çətinləşib.
Sürücülər təhlükəsizlik məqsədi ilə minimal sürət həddi tətbiq edirlər.




