Cənubi Qafqazda sabitliyin qarantı: Qarşılıqlı əməkdaşlıq və inkişaf
Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı geniş müzakirə olunan Zəngəzur dəhlizinin bərpası bu inkişafın təməl prinsipidir
Ekspertlərin rəylərinə görə, Ermənistan üçün xarakterik olan «mifolojiləşdirmə» termini şüurun xəyalpərəstliyi kontekstində istifadə edilir. Bu termin vasitəsilə saxta tarixi faktlar reallıq kimi təqdim olunur. Bu, bir tərəfdən kütlələrin sadəlövhlüyündən, digər tərəfdən isə bu və ya başqa mifi ictimai şüura bilərəkdən yeridənlərin saxtakarlıqlarından qaynaqlanır. Psixologiya lüğətinə görə, mifolojiləşdirmə şizofreniya simptomlarının yaranması ilə bağlıdır. Yalançı erməni alimlərinin «böyük Ermənistan», «əzabkeş Ermənistan» haqqında yaratdıqları «tarix», qondarma dövlətin «minillik tarixi» ilə bağlı sərsəmləmələrin şüurlara yeridilməsi cəhdi mifolojiləşdirmənin gülünc formada təzahürüdür. Ermənilər haqqında «əsrlərdən bəri» sözünün işlədilməsi belə tarixə xəyanətdir. Özləri haqqında « klassik ədəbiyyat, milli-mənəvi dəyərlər» sistemi formalaşdırmağa çalışan daşnakların qonşu dövlətlərin ərazilərinə iddiaları, Azərbaycanın mədəniyyətinə, mətbəxinə, musiqisinə sahiblənmək cəhdləri də göstərir ki, əsli-kökü olmayan, köçəri həyat keçirən bu toplumun tarixləri ilə bağlı deməyə sözləri olmadığı üçün xəyallarında formalaşdırdıqları «dövlətlərini» həqiqət kimi dünya ictimaiyyətinə sırımaqdan başqa əlacları yoxdur. Buna görə də oğru kimi başqalarının ərazilərinə soxulub, məskunlaşmaq, sonra ev sahiblərinə dirsək göstərmək bu toplumun genlərindən qaynaqlanan saxtakarlıq, qaniçənlik, zalımlıq, barbarlıqdır. Bir sözlə, insanlığa xas olmayan pis keyfiyyətləri genlərində formalaşdıran ermənilər həyasız, səhvlərindən ibrət götürməyən məxluqdurlar. Ötən ilin 10 noyabr, cari ilin 11 yanvar tarixlərində imzaladıqları üçtərəfli Bəyanatın şərtlərini pozaraq Şuşanı, Kəlbəcəri, Naxçıvanı atəşə tutan ermənilər mənfur niyyətlərini təkrarlayır, Cənubi Qafqazda sabitliyin yaranmasını istəməyən qüvvələrin oyuncağına çevrilirlər.
Ermənistanın özünütəkzib əməllərini, başqaları tərəfindən idarə olunan xarici siyasətində belə qeyri-ciddi olduğunu son günlərdə törətdikləri təxribatlar, erməni silahlıları tərəfindən pozulan atəşkəslər də təsdiqləyir. Cənubi Qafqaza səfəri zamanı region dövlətlərində olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransındakı çıxışında İttifaqla əməkdaşlığın prinsiplərindən, tərəfdaşlığın yaratdığı sağlam siyasi mühitin faydalarından bəhs edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Avropa İttifaqına üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında imzaladığı sənədlər qurumla səmərəli münasibətlər üçün əlavə imkanlar yaradır. Qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatına xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin nəzərdə tutulan dörd seqmenti üzrə tamamlanması və istismara verilməsi birgə əməkdaşlığın məntiqi nəticəsidir. Dövlət başçımız onu da diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli razılaşmada əks olunan və yeni reallıqlar yaradacaq kommunikasiyaların açılması qitə və region dövlətləri arasında əlaqələri möhkəmləndirəcək, münaqişədən sonrakı inkişaf hər zaman gündəlikdə olacaq. İkinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlər törədən, dövlət başçısı İlham Əliyevin Fərmanına uyğun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasından təşvişə düşən Ermənistanın imzalanan üçtərəfli bəyanatları bilərəkdən pozması əsas problem olan Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyasını da yubadır. Avropa İttifaqı rəsmisinin qurumun Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi münaqişənin artıq tarixə qovuşduğunun və tam mənada rəsmi Bakının mövqeyinin dəstəkləndiyinin nümayişidir.
Prezident İlham Əliyevin bu günlərdə Rusiyaya səfəri zamanı da eyni məsələlər ətrafında maraqlı müzakirələr aparılmışdır. Regionda sülhün, sabitliyin təminatında maraqlı olan prezidentlərin vurğuladıqları kimi, sabitliyin yaranması mühüm məsələ olaraq aktuallığını qoruyur. «Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik» söyləyən Vladimir Putin üçtərəfli Bəyanatın şərtlərini pozan və atəşkəs rejiminə əməl etməyən Ermənistandan fərqli olaraq Azərbaycanın böyük sülhə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdi. Görüşdə humanitar məsələlər, münaqişədən sonra regionda yaranan vəziyyət barədə də fikir mübadiləsi aparıldı.
Postmüharibə dövründə regionda etibarlı sülhün təminatına çalışan, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirən, infrastruktur layihələri həyata keçirən, abadlıq, quruculuq işlərini sürətləndirən Azərbaycandan fərqli olaraq Ermənistanın atəşkəsi pozması, sərhədlərin delimitasiyası və demarkasiyasi prosesinə süni əngəl yaratması onsuz da kövrək olan sülhə əlavə təhdiddir. Kapitulyasiya aktına imza atan Ermənistan hələ də atəşkəsi pozmaqla bölgədə ciddi narahatlıq yaradır.
Erməni alimlərinin süni formalaşdırdıqları «tarixi» özü üçün «təkzibolunmaz silah» hesab edən, hələ də torpaq iddiası ilə bağlı şərhləri ilə özünü gülünc vəziyyətinə salan, hakimiyyətə gəlişi ilə işğalçı ölkədə «siyasi havasızlıq» yaradan, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan məğlubiyyətinin təsdiqi olan Hərbi Qənimətlər Parkındakı «qüdrətli ordularının sınıq-salxaq hərbi texnikalarını» unutmamalıdır. Bölgədə sülh və təhlükəsizliyə mane olan sayıqlamalarından əl çəkməyən işğalçı ölkənin hələ də havadarlarının diktəsi ilə hərəkət etməsi, öz ölkəsində sabitlik yaratmağa gücü yetməyən Fransanın prezidenti Emmanuel Makronun şirin vədlərindən məst olması Ermənistanın birdəfəlik məhvinə səbəb olacaq, İkinci Qarabağ müharibəsində Ermənistan üzərində tarixi Zəfəri ilə dünya diplomatiyasına yeni prinsiplər müəllifi kimi imza atan Prezident İlham Əliyevin bölgədə yeni reallıqlar yaratmaq səyləri bütün dünya ictimaiyyəti tərəfindən təqdir olunur. «Dağlıq Qarabağ münaqişəsi» ifadəsini arxivə yollayan Prezident İlham Əliyev yeni istiqamətləri müəyyənləşdirən etibarlı, təkmil sülh modelini bəyan edib. Hərtərəfli əməkdaşlığa sadiq qalan bütün dövlətlərlə, region ölkələri ilə qarşılıqlı anlaşma prinsiplərinə əməl edən Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Görüşdə bu amillərə diqqətin yetirilməsi, perspektivlər barədə müzakirələr aparılması bütünlükdə bölgə dövlətləri arasında əməkdaşlığı da şərtləndirir. Hər iki dövlət arasında siyasi, ticari-iqtisadi, humanitar sahələrdə davam edən əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparan dövlət başçıları bildirmişlər ki, ölkələrarası çoxşaxəli əməkdaşlıqda nəqliyyat və energetika sahələri mühüm əhəmiyyətə malikdir. Vurğulanmışdır ki, Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi baxımından belə məsləhətləşmələrə, müzakirələrə daha çox ehtiyac vardır.
Mehriban qonşuluq ənənələrinə söykənən Rusiya ilə Azərbaycanın münasibətlərdə vahid mövqe nümayiş etdirmələri tarixi Zəngəzur dəhlizinin bərpası ilə bağlı məsələdə də eynilik təşkil edir. İmzalanmış bəyanatlarda qeyd olunduğu kimi, bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında Zəngəzur dəhlizinin açılmasına da eyni mövqedən yanaşan Rusiya ilə Azərbaycan bu dəhlizin bərpasında daha maraqlıdırlar. Bir dövlət kimi varlığını qorumaq istəyən Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymalı, tranzit ölkə olmaq üçün yeni reallıqlarla barışmalıdır”. Buna görə də bu layihəyə mane olmaq istəyən qüvvələr nə qədər çalışsalar da Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizinin bərpası reallıqdır. Ermənistan istəsə də , istəməsə də bu dəhliz bərpa olunacaq.
Rusiyalı həmkarı ilə görüşündə, bu günlərdə Cənubi Qafqaza səfəri çərçivəsində ölkəmizdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirdiyi mətbuat konfransında vəziyyətə aydınlıq gətirən Prezident İlham Əliyev postmüharibə dövrünün strategiyasını açıqlayıb: Qarşılıqlı əməkdaşlıq və inkişaf. Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüş barədə açıqlamalardan da aydın olur ki, müsbət nəticələr mümkündür. İmzalanan üçtərəfli bəyanatlarda xüsusi əhəmiyyəti ilə diqqət çəkən Zəngəzur dəhlizinin bu görüşdə də müzakirə olunması, hər iki sənədi imzalayan Rusiyanın bu yolun açılmasına müsbət yanaşması önəmli məqamlardandır. Azərbaycan üçün ən vacib məsələlərdən olan Zəngəzur dəhlizinin açılması bütünlükdə «altılıq», region dövlətləri üçün həyati məsələdir. Çünki bu dəhlizin açılması təkcə Ermənistandan asılı deyil. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında Türkiyə, Rusiya, İran, eləcə də digər Asiya dövlətləri də maraqlıdırlar. Çünki benəlxalq əhəmiyyətli infrastruktur layihəsi olan, kommunikasiya baxımından bütün ölkələrə iqtisadi gəlir gətirəcək bu dəhlizdən dəmir yolu və avtomobil yolu ilə hərəkətin tənzimlənməsi ikiqat əhəmiyyətlidir. Bir dövlət kimi bölgədə nəinki fəaliyyəti, varlığı belə təhlükə altında olan Ermənistan Azərbaycanın onun üçün yaratdığı fürsətdən istifadə edib başqalarının çaldığı ilə oynamaqdan əl çəkməlidir. Çünki bu dəhliz qüdrətli dövlət olan «Bir kəmər, bir yol» layihəsinin təşəbbüskarı Çinin də maraq dairəsindədir. Unutmaq olmaz ki, Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız iqtisadi baxımdan deyil, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Ona görə də Ermənistan «mifolojiləşdirmə» xəyalından, şizofreniya simptomlarından ayılıb reallıqla barışmalıdır.

