Siyasət 

Nə itliklərini tərgitdilər, nə də sümsünməklərini…

Həmişə özgənin malını oğurlayıb özününküləşdirməyə vərdiş etmiş ermənilərin “oxları” yenidən daşa dəyməyə başlayıb. Bu dəfə boşa çıxan “ox” Xudavəng kəndindəki qədim monastrla bağlıdır.

Kəlbəcərdəki qədim udi kilsəsi olan Xudavəng monastrını rayonu işğal edəndən sonra ermənilər “qədim erməni kilsəsi” adlandırıb oranı öz adlarına çıxırdılar. Halbuki, Kəlbəcər rayonunda qədim alban-udi abidələri çoxdur və onların ermənilərə heç bir aidiyyəti yoxdur. Lakin həyasız ermənilər bu abidələri hər yerdə özlərininki kimi təqdim etməyə çalışırlar. Halbuki işğaldan əvvəlki onilliklərdə onlar heç vaxt Xudavəng monastının ermənilərə aid olduğunu iddia etməyiblər. Çünki o vaxtlar ermənilərə o qədər də dərəbəylik yaradılmamışdı.

2020-ci ilin noyabrında Kəlbəcər rayonundan Ermənistanın işğalçı qüvvələri çıxarılanda monastrın erməni dindarlar üçün açıq olmasına şərait yaradılması barədə Moskvanın müraciəti nəzərə alındı və Azərbaycan tərəfi Xudavəngdə bir neçə erməni keşişinin qalmasına razılıq verdi. Bununla əlaqədar olaraq Rusiya sülhməramlı kontingentindən monastrın mühafizəsinə bir bölük əsgər və iki BTR ayrıldı. Bu, erməni papazlarını bir qədər ruhlandırdı və onlar monastrı bayquş və iblis yuvasına çevirdilər. Möhkəm dəstək aldıqlarını zənn edən erməni işğalçı tör-töküntüləri monastrın əsl sahiblərini-azərbaycanlıları və udiləri buraya buraxmaq istəmədilər. Monastrın qədim udi ibadətgahı olduğu elan ediləndən sonra papazlar daha da quduzlaşdılar.

Lakin daha sonra Xudavəngdəki erməni keşişləri və sülhməramlılar özbaşınalıq edərək udi icmasının nümayəndələrinin monastrda sərbəst ibadət etmələrinə maneələr yaratmağa başladılar. Eləcə də bir çox hallarda monastra azərbaycanlı jurnalistlər buraxılmamışdılar. Nəticədə Azərbaycan tərəfi Kəlbəcərdə guya “qədim erməni kilsəsi” şəklində hansısa anklavın mövcudluğuna son qoymağı qərara aldı və “bildirçinin bəylyi” qurtardı. Monastrda oturub fitnə-fəsadla məşğul olan, Azərbaycan əleyhinə gələcək təxribatlara hazırlıq görən 6 nəfər keşiş oradan uzaqlaşdırıldı.

Xudavəng monastrında yuva salmış “yazıq” və “əzabkeş” keşişlərdən biri Nerses Arutyunyan bildirib ki, üç aydan çoxdur ki, onlar monastrdan çıxarılıblar və Ağdərədəki başqa bir alban məbədinə göndəriliblər.

Vurğulamaq lazımdır ki, Ağdərədəki həmin monastrın da ermənilərə aidiyyəti yoxdur. Lakin ata-babaları həmişə özgələrin qapılarında sülənməyə adət etmiş ermənilər bu vərdişlərindən əl çəkə bilmirlər. Necə deyərlər, “İt itliyini tərgitdi, sümsünməyini tərgidə bilmədi.” Ancaq bunlar nə itliklərini tərgitdilər, nə də sümsünməklərini…

Daha çox xəbərlər