Siyasət 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

ARANTV.AZ xəbər verir ki, “Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. İki ölkə prezidentlərinin səmimi dostluq əlaqələri din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaradır”. Bu fikirlər Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Rusiyanın Patriarxı Kirillin görüşündə səsləndirilib.

Rusiyanın patriarxı Kirill Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardıqları üçtərəfli dialoq barədə danışdı. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Patriarx seçilməsinin 10 illik yubileyi münasibətilə Azərbaycan xalqının, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təbriklərini çatdırdı. Qeyd etdi ki, Rus Pravoslav Kilsəsinin rəhbəri ilə bütün beynəlxalq müstəvilərdə uğurlu dialoq mövcuddur. Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğu bildirildi. Vurğulandı ki, iki ölkə prezidentləri arasında səmimi dostluq əlaqələri var və bu din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaradır. Diqqətə çatdırıldı ki, Azərbaycanda dövlətin yaxından iştirakı ilə bütün dinlərin azad fəaliyyəti üçün hər cür şərait yaradılıb. Allahşükür Paşazadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə də toxundu.

Daha çox xəbərlər