Rusiyada son sutkada 23 032 nəfər COVİD-19-a yoluxub
Rusiyada son sutka ərzində daha 23 032 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 6 172812 nəfərə çatıb.
Son sutka ərzində 779 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 155 380 nəfərə çatıb.

