Hadisə 

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var

Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində, Yuxarı Şirvan kanalı üzərindəki körpüdə qeydə alınıb.

23-BX-956 dövlət nömrə nişanlı “VAZ 2106” və 10-BZ-188 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər