Hadisə 

Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirib – FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinin qarşısında dayanan iki nəfəri – 1991-ci il təvəllüdlü Əliyev Məksudu və 1947-ci il təvəllüdlü Qocayeva Reyhanı vurub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Əsədov Anar da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər