Gündəm Manset 

Jirinovski Azərbaycan xalqından üzr istəməlidir!

Rusiyanın əsl niyyəti Jrinovski kimilərin mahiyyətində təzahür edir

Yalnız sərsəm bəyanatları iləgündəmə gələn Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin, xüsusilə son günlər Azərbaycan dövləti və o cümlədən Prezident İlham Əliyev barədə səsləndirdiyi təhqiramiz ifadələr ölkə ictimaiyyətinin böyük qəzəbinə səbəb olub. Hər daim opponentlərini təhqiramiz ifadələrlə susdurmağa çalışan bu məxluq, tez-tez Azərbaycan dövlətinə və xalqına qarşı ittiham dolu ifadələr işlədir, bütövlükdə türk dünyasına dərin nifrətini belə gizlətmir. İş o yerə çatıb ki, davranışı və nitqi ilə ən qaba heyvanla belə müqayisəyə gəlməyən, sadəcə olaraq bio-fizioloji varlığı ilə insanabənzər mahiyyət daşıyan bu məxluq bildirir ki, Cənubi Qafqaz Rusiyanın 200 illik müstəmləkəsi olub və Rusiyanın iradəsi ilə hər kəs hesablaşmalıdır. Bəs, görəsən Jirinovskinin bu sərsəm bəyanatının arxasında hansı gizli niyyətlər dayanır. Düzdür, biz bu məxluqu nitqi və davranışları ilə sərsəm və qaba bir varlıq olduğunu xarakterizə etdik. Lakin tarixə nəzər yetirsək, görərik ki,müxtəlif dövrlərdəRusiya və digər imperialist dövlətlər onların maraqları ilə ziddiyyət təşkil edən dövlətlərə, məhz bu cür fiqurların vasitəsi ilə təsir edir, müəyyən təlaş və qorxu yaratmaq məqsədilə belə üsullardan istifadə edibər. Tam aydın ifadə etsək,Rusiya prezidenti Vladimir Putin,müəyyən dövrlərdə protokol qaydaları ilə ziddiyyət təşkil etməsin deyə, qarşı tərəfə, xüsusilə Azərbaycana özünün hədə və qorxularını Jrinovski kimilərin vasitəsilə çatırır. Azərbaycanın 44 günlük zəfər müharibəsi ilə öz torpaqlarını azad edərək böyük qalibiyyət əldə etməsi, o cümlədən, tarixi əhəmiyyət kəsb edən Şuşa və Bakı bəyannəmələri fonunda Jrinovskinin son çıxışı, əslində Rusiyanın bununla barışa bilmədiyi həqiqətini ortaya qoyur. Və bununla barışa bilməyən imperiya təxəyyüllü Rusiya Azərbaycanın timsalında öz rəqiblərinin uğurlarını həzm edə bilmir. Daha dəqiq ifadə etsək,sərsəm və təlxək adlandırdığımız Jirinodskinin bu qəzəbli və təhdid dolu ifadələrinin mətni, əslində Kremlin divarları arasında yazılıb. Sadəcə beynəlxalq hüququn qaydaları ilə ziddiyyət təşkil etməsin deyə, Rusiya bu cür mətinləri Jirinovski və onun kimi siyasi təlxək obrazlı siyasilərintimsalında qarşı tərəfə yönəldir. Təəsüf doğuran məqam da odur ki, müəyyən dövrlərdə Jirinovskinin Azərbaycan dövləti və xalqı haqqında səsləndirdiyi bu qəbildən olan təhdid və təhqir dolu çıxışları Azərbaycan ictimaiyyəti, o cümlədəm ölkənin rəsmi qurumları tərfindən ciddi qarşılanmayıb, yetərincə təpki göstərilməyib. Məhz qarşı tərəfin, biganəliyi müstəvisində, özünü siyasi lider adlandıran Jirinovski adlı bu buqələmun o həddə çatdı ki, yaxın keçmişdə Rusiyada yaşayan 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən rus polisini açıq şəkildə dəstəklədi və ona haqq qazandırdı.Görünən odur ki, Azərbaycanın əldə etdiyi qalibiyyəti və inkişaf dinamikasını Jirinovskinin timsalında Rusiya heç cürə həzm edə bilmir. Bu məqamda ciddi bir nüansı da qeyd edək ki, Rusiya vaxtaşırı bu qəbildən olanniyyətlərini ermənilərin də diliylə Azərbaycana çatdırmağa çalışır. Məsələn, hər daim Rusiyanın vəkilliyini edən erməni politoloq Armen Qasparyan sözügedən fiqurlardan biridir. O müsahibələrinin birində deyir ki, Bakı indiki məqamda Rusiya sülhməramlılarının olduğu ərazilərdə hər hansı “təxribat”a əl atmağa “cəsarət” edə bilməz. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, bütövlükdə ictimaiyyət və dövlət olaraq Azərbaycana qarşı başladılan bu cür təzyiq kampaniyalarına hər an hazır olmalı, müvafiq olaraq kontur tədbirlər görülməlidir. Burada təəsüf doğuran məqamlardan biri də bu proseslərdə Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporlarının, demək olar ki, tam fəaliyyətsizlik nümayiş etdirməlidir. Sözügedən və keçmişdə baş verən olaylarla bağlı, demək olar ki, Rusiyada mövcud olan Azərbaycan diasporlarının hər hansı bir formada etiraz çıxşları olmayıb və yaxud buna cəhd edilməyib. Bu da həmin qurumların şəxsi maraqlarını, hələ də milli maraqlardan daha üstün tutmaları ilə izah edilməlidir. Gerçək olan odur ki, Qarabağ probleminin birdəfəlik həlli məsələsi Rusiyanın maraqlarına xidmət etmir. Çünki problemin həll olunmamış qalması, Rusiya üçün həm Azərbaycana, həm də Ermənistana təzyiq imkanlarını saxlayır. Azərbaycan ordusu BMT və onun mandat verdiyi ATƏT-in Minsk qrupunun 30 ildə həll edə bilmədiyini, 44 gün ərzində həll etdi. Bu tarixi qələbənin davamlı şəkildə təmin edilməsi üçün, Jrinovskinin timsalında Azərbaycan dövlətinə və xalqına qarşı son günlər başladılan təhdidlərin qarşısının alınması üçün millət və xalq olaraq öz iradəmizi ciddi şəkildə ortaya qoymalıyıq. Xüsusilə belə məqamlarda arxayınçılığa qapanıbfəaliyyətsizlik göstərməkləəldə edilən qələbənin müvəqqəti xarakter daşımasına rəvac vermiş olacağıq. Bunu isə tarix və gələcək nəsillər heç zaman bizlərə bağışlamayacaq. 44 günlük zəfər dolu o tarixi günlərdə olduğu kumi yenidən yumruq kimi birləşməli, dövlətimizə və xalqımıza qarşı başladılan bu çirkin fəaliyyətin fiaskoya uğraması üçün millət olaraq əlimizdən gələni əsirgəməməliyik. Yalnız bu yolla Jirinovski və onun kimilərə Azərbaycan torpaqlarının gerçəkdəntarixi torpaqlarımız olduğunu, əksinə indiki Rusiya ərazisinin 90 faizinin qədim türk torpaqları olduğu həqiqətini anlada bilərik.

Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru

Daha çox xəbərlər