Dünya 

Braziliyada son sutka koronavirusdan daha 399 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 13 893 nəfər yoluxub.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 165 672 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 399 nəfər ölüb, ölənlərin ümumi sayı 563 151 nəfər təşkil edir.

Daha çox xəbərlər