Sosial 

Sabiq nazir müavini məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

ARANTV.AZ xəbər verir ki,  hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil çıxışında müdafiə etdiyi şəxs barəsində təqdim olunan ittihamlarla razı olmadıqlarını bildirib. Müdafiə tərəfi həmçinin təqsirləndirilən şəxsin əməkhaqqı hesabına qoyulan həbsin götürülməsini istəyib. Sabiq nazir müavini son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses təxirə salınıb.

Qeyd edək ki, prokuror R. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha çox xəbərlər