Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Avqustun sonu və karantin: vətəndaş da, dövlət də itirəcək…

By Vüsal Rafiqoğlu
13.08.2021 4 Min Read

“Modul tipli xəstəxanalar hələ açılmayıb, demək ki, kifayət qədər yer var” – infeksionist

Azərbaycanda son həftələr həm koronavirusa yoluxmada, həm də bu virus aşkarlananlar arasında ölüm halları artıb. Artıq bəzi  mütəxəssislərin iddialarına görə, karantin yenə sərtləşdiriləcək. Statistika onu göstərir ki, avqustun axırına  xəstələnənlərin sayı və ölüm hallarının sayı da artacaq. Əgər avqustun axırına qədər yoluxmaların sayı çox artarsa, Operativ Qərargah karantin qaydalarını sərtləşdirməyə, məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq. Bundan isə dövlət də, vətəndaş da itirəcək…

Bu gün ölkəmizdə vaksinasiya aparılır, amma çox təəssüf ki, dövlət bu yöndə bütün gücünü, resurslarını səfərbər etsə də, hələ də vaksinasiya olunmayanların sayı kifayət qədərdir. Bəs sərtləşdirmə iddiaları nə dərəcədə realdır? Sərtləşdirmə olmalıdır, olmalıdırsa hansı formada?

İnfeksionist-hepatoloq Mərdan Əliyev bu və digər mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Artıq koronavirusa yoluxma sayı sürətlə artmaqda davam edir, buna yeni dalğa da demək olar. Nəzərə alsaq ki, payıza doğru gedirik, o zaman, demək, həqiqətən də vəziyyət ciddidir. Təbii ki, vaksin olunanların və xəstəliyi keçirib sağalanların hesabına burada yoluxma sayı çox olsa da, xəstəxana şəraiti tələb olunan halların sayı o qədər də çox deyil. Ölüm hallarının sayı da əvvəlki qədər çox deyil. Xəstəxanalarda yer olduğu üçün ölkə səhiyyəsinə əvvəlki dalğalarda olduğu kimi güc düşmür. Bildiyiniz kimi, ötən dalğalarda xeyli sayda modul tipli xəstəxana da açılmışdı. Bakı şəhərində də kifayət qədər var idi. Hazırda bu modul tipli xəstəxanalar son dalğa bitəndən sonra bağlandı və hələ də yeni modul tipli xəstəxanalar açılmayıb. Bu da onu göstərir ki, hələ bizdə kifayət qədər yer var. Həmin modul tipli xəstəxanalar ehtiyat kimi saxlanılır. Ola bilsin, yaxın günlər ərzində yavaş-yavaş açıla bilər. Bizdə əsas ən böyük xəstəxana olan Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanası və  ”Yeni Klinika”dır, bunlar hazırda tam gücü ilə işləyir, amma digər xəstəxanalarda hələ ki kifayət qədər yer var”.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

 Mərdan Əliyev

İnfeksionist antiteli olanların qan analizi ilə müəyyənləşdirməsindən də bəhs edib: “Əslində bizdə vaksinasiya prosesi kifayət qədər sürətlə gedir və vaksinasiyaya 18 yaşdan yuxarı olanlar da cəlb edilib. Hər halda, Avropa ölkələrində artıq  böyüklərin peyvəndlənməsi bitib. Ona görə artıq 18 yaşdan, hətta 15 yaşdan kiçiklərə peyvənd vurmağa başlayıblar. Yəqin ki, bizdə də əgər 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası tamamilə bitərsə, bundan sonra növbəli şəkildə 12-15 yaşlıları da peyvənd edə bilərik. Amma ən vacib olan yaşı yuxarı olan şəxslərin peyvəndlənməsidir. Bizdə yoluxanların sayı qeyri-rəsmi çoxdur və bunlar ancaq qan analizi vasitəsilə bilinir. Həmin şəxslər xəstəxanaya müraciət eləyib analizi verməyiblər və ona görə qeydiyyata düşməyiblər. Halbuki əksəriyyət xəstəliyi çox ağır formada keçirib. Hazırda həmin şəxsləri müəyyən etməyin ən etibarlı yolu qan analizidir, bunun vasitəsilə antitellərin tipini müəyyən etmək olar. Təbii ki, bu analiz əvvəldən olsaydı, peyvənd bu şəxslər xaric insanlara tətbiq olunsaydı, o zaman ən vacibləri müəyyənləşdirib peyvəndləri vura bilərdik. Çünki yoluxub sağalanlar var və onlara da peyvənd vurulur. Hazırda bu həm peyvənd, həm də vaxt itkisi hesab oluna bilər. Amma ümumi götürəndə peyvəndləmə bizdə yaxşı gedir. Eyni zamanda 12-15 yaşlı uşaqlar, 18 yaşdan aşağı uşaqların peyvənd olunmasının bir vacib xüsusiyyəti odur ki, bu şəxslər məktəbə gedirlər. Müəyyən toplum içində olurlar, məktəbdə profilaktik qaydalara əməl etmək çətindir və şagirdlər arasında yoluxma sürətli şəkildə olur. Buna görə əgər onlar peyvənd  olunarsa, o zaman əyani şəkildə tədrisin bərpasına da hər hansı məhdudiyyət qoyulmaz. Böyük ehtimalla o ölkələrdə də o niyyətlə aparılır ki, əyani tədrisə keçə bilinsin”.

Həkim-pediatr Aytən İsmayılzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikir bildirib: “Hələ normal şəkildə xəstələnən uşaqların statistikası məlum deyil. Uşaqlardan yaxma götürülsün. Görək, onlarda “kolit”dir, yoxsa  koronavirusdur. Bundan da başqa böyükləri tam peyvənd eləsinlər, sonra keçsinlər uşaqlara. Böyüklər tam peyvənd olunmamış uşağa peyvənd etməyə ehtiyac yoxdur. Birinci növbədə böyüklər peyvənd edilməlidir”.

Viktor Qasımov: Koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Viktor Qasımov

Səhiyyə nazirinin müavini Viktor Qasımov isə son zamanlar sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən qeyri-peşəkar fikirlərə münasibət bildirib. Nazir müavini deyib ki, yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır: “Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur. COVİD-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur. Bu gün bütün dünya ölkələri vaksin tədarükü ilə məşğuldur ki, əhalinin sağlamlığını təmin edə bilsinlər. Təəssüflə qeyd etmək istərdim ki, hazırda bütün ölkələrin peyvəndlərə əlçatanlığı bərabər deyil və bəzi ölkələr hələ də kifayət qədər vaksinlə təmin olunmayıb. Sosial şəbəkələrdə çıxış edən “ekspertlər” vaksinlərin saxlanma şəraiti ilə bağlı məsələyə toxunur. Həqiqətən peyvənd istehsalçılarının təlimatına görə peyvəndlərin düzgün qaydada saxlanılması onların keyfiyyətinin itirilməməsi və lazımi effekti əldə etmək baxımından çox vacibdir. Qeyd etməliyik ki, ölkəmizdə irimiqyaslı peyvənd kampaniyasının aparılması məqsədilə qabaqcadan hazırlıq işləri görülüb”.

V.Qasımov əlavə edib ki, digər vaksinlərin saxlanılması üçün +2-8°C temperatur şəraiti tələb olunduğu halda, “Pfizer” vaksininin saxlanılması üçün bu şərt -70°C-dir: “Ölkəmizdə pandemiyadan əvvəlki dövrdə bu kimi şəraitdə saxlanılması tələb olunan vaksinlərdən istifadə edilməyib. Bu səbəbdən ”Pfizer” vaksininin ölkəyə gətirilməsindən əvvəl Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi üçün 10 ədəd dərin dondurucu alınaraq quraşdırılıb. Beləliklə, bu gün ölkədə istifadə olunan bütün vaksinlərin (CoronaVac, AstraZeneca, Sputnik V və Pfizer) istehsalçının təlimatına uyğun şəkildə saxlanılması üçün tam şərait yaradılıb. Bundan əlavə, vaksin preparatları müvafiq şəraitdə saxlanılmasaydı, vaksinasiyadan sonra ağırlaşmalar, fəsadlar baş verməli idi. Lakin kampaniyanın ilk günündən bu günə qədər bir hadisə də olsun, kəskin reaksiya və ya ağırlaşma qeydə alınmayıb. Çox nadir hallarda inyeksiya yerində ağrı və ya vaksinasiyadan sonrakı 1-2 gün ərzində müəyyən halsızlıq kimi yüngül reaksiyalar qeyd edilir ki, bu da istənilən vaksinə qarşı baş verə biləcək təbii haldır və insan orqanizmində vaksinasiyaya qarşı yaranan immun cavabdır. Hesab edirəm ki, bu gün ölkədə uğurla davam etdirilən peyvənd kampaniyasına qarşı belə qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil. Fürsətdən istifadə edərək, COVİD-19 xəstəliyinə tezliklə qalib gəlmək və vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədilə əhalini peyvənd kampaniyasında daha fəal iştirak etməyə dəvət edirəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qaxda koronavirus əleyhinə dezinfeksiya işləri görülüb

Next

İranın anti-Azərbaycan davranışlarının pərdəarxası

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv