Dünya 

ÜST-dən vaksinin məcburiliyi ilə bağlı xəbərlərə reaksiya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı vaksinlərin məcburiliyi ilə bağlı məsələyə münasibətini bildirib.

ARANTV.AZ xəbər verir ki, ÜST-ün rəsmi nümayəndəsi Fadela Şaib təşkilatın vaksini hər kəs üçün əlçatan etməyi tövsiyə etdiyini bildirib. F.Şaib qeyd edib ki, ölkələr vaksini mütləq olaraq tətbiq edib- etməməyə özləri qərar verməlidir.

“ÜST öz tərəfindən hesab edir ki, insanlar, xüsusən də vaksinə ilk növbədə ehtiyac duyan insanlar üçün vaksinin əlçatanlığını artırmaq lazımdır”, – deyə vurğulanıb.

Bununla yanaşı, Şaib vaksini koronavirus infeksiyasının yayılmasına qarşı effektiv vasitə adlandırıb.

Daha çox xəbərlər