Türkiyədə meşə yanğınları tam nəzarətə götürüldü
Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə tarix yazdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər. Gələn xəbərlərə görə, artıq bir çox istiqamətlərdə meşə yanğınları söndürülüb və yenidən yanğınların baş verməməsi üçün zəruri təhlükəsizlik tədbirləri görülür.

Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının tam söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq verilən bütün tapşırıqları uğurla həyata keçirirlər. Türkiyədə meşə yanğınları başladıqdandərhal sonrayardım barədə müraciət edən ilk ölkə Azərbaycan oldu. Kifayət qədər, xeyli canlı qüvvə və texnika ilə qardaş ölkəyə yollanan azərbaycanlı yanğınsöndürənlər ən təhlükəli yanğın ocaqlarında öz təcrübələri ilə böyük uğurlara imza atdılar. İstər Türkiyə dövlətinin rəsmləri, istərsə də sadə insanların Azərbaycandan gələn yanğınsöndürənlərin apardıqları, sözün əsil mənasında mücadiləni yüksək dəyərləndirmələriAzərbaycan-Türkiyə qardaşlığının əbədiliyini bir daha təsdiq etmiş oldu. Belə ki, Azərbaycanda, istərsə də Türkiyədə elə qüvvələr var idi ki, xüsusilə son dövrlər Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin bütün müstəvilərdə dərinləşməsini sadəcə dövlət maraqları ilə əsaslandırmağa çalışırdılar.

Lakin məlum meşə yanğınlarında Azərbaycandan olan FHN əməkdaşının alovlar içərisinə atılaraq türk bayrağını xilas etməsi, hər iki ölkədə böyük coşquya səbəb olmaqla bu qardaşlığın əbədiliyini şübhə altına alanların gümanlarına nöqtə qoydu. Xeyli sayda insan itkisi və iqtisadi zərərə səbəb olan yanğınların nəticələrini aradan qaldırmaq üçün Türkiyə dövləti yenə də dünyaya öz gücünü göstərmiş oldu.

Nəzərə alsaq ki, əldə edilən məlumatlardan dolayı baş verən meşə yanğınlarının əksəriyyəti, bilərəkdən xəyanətxar qüvvələr tərəfindən törədilirdi, böyük əraziləri əhatə edən bu yanğınların qısa bir zamanda nəzarətə götürülməsi bir daha Türkiyə dövlətinin gücünü dünyaya nümayiş etdirdi. Və yenə də xırda nüansları nəzəzrə almasaq, bu dəfə də dövlətlə xalq birlik nümayiş etdirərək Türkiyəni hədəfə alan xain qüvvələrin bəd niyyətlərinin gözündə qoydu. Bu günlərdə Türkitə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınların baş verdiyi ərazilərdə sakinlərlə görüşərkən dəymiş zərərin qısa bir zamanda aradan qaldırılacağı barədə əminliyini ifadə etdi. Buna Türkiyənin iradəsinin və iqtisadi gücünün imkan verdiyini bildirdi.

Təbiət, sanki Türk xalqının iradəsini və gücünü imtahan edirmiş kimi bu günlərdə sel fəlakəti ilə Türkiyəni üz-üzə qoydu. Daxil olan son məlumatlara görə Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Bildirilib ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.Hazırda itkin düşən 1 nəfərin axtarışları gedir. 9 nəfərin müalicəsi isə davam etdirilir.Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib. Prezident Rəcəb Tayyib Ərdoğan leysan yağışları səbəbindən sel basan bölgələrə baş çəkib. Sinopda vəziyyətlə tanış olduqdan sonra Kastamonu şəhərinə keçib. Şəhərin Bozkurt rayonunda ictimaiyyətə müraciət edib: “Sel nəticəsində yaranan bütün zərərlər qarşılanacaq. Millətimiz heç vaxt əyilməyib, yenə əyilməyəcək”, – Ərdoğan söyləyib.
Şübhəsiz ki, müxtəlif zamanlarda tarixin sərt sınaqları ilə üzləşən qardaş Türkiyə dövləti meşə yanğınlarının və sel fəlakətinin zərərlərini bu dəfə də uğurla aradan qaldıracaq, daha böyük Türkiyə hədəfinə nail olmaq üçün gücünü daha da səfərbər edəcəkdir.Bu cür meşə yanğınları ilə Türkiyəni sınağa çəkən xain qüvvələr əslində özlərini yandırdılar. Türkiyə mətbuatının verdiyi məlumatlara görə artıq bu vəhşiliyi törədən xeyli sayda cinayətkar qüvvələr tutulub və digərlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar aparılır.

