Bakıda daha bir sürücü yolun hərəkət hissəsini zəbt etdi – FOTO
Bakıda daha bir parklanma qaydasını pozan sürücünün görüntüləri yayılıb.
ARANTV.AZ-ın xəbərinə görə, “Mclaren” markalı avtomobil elə park olunub ki, onun bir hissəsi Neftçilər prospekti, digər hissəsi isə bulvar ərazisinə düşüb.
Üstəlik, avtomobil xüsusi konuslarla əhatə edilib.
Sürücünün avtomobilini düzgün park etməməsi yol hərəkəti iştirakçılarına mane olub.
Qeyd edək ki, görüntülər “Avtoqanun” “Facebook” qrupunda paylaşılıb.
oxu.az

