Kriminal 

Bakıda çay evində ofisiantı bıçaqladılar

Ofisiant işlədiyi çay evində bıçaqlanıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çay evlərinin birində baş verib. Həmin çay evində işləyən, 29 yaşlı Sahil Əlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. İlkin səbəb kimi bıçaqlanan şəxsin müştəri ilə mübahisə etməsi olub.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.


Ölkə.Az

Daha çox xəbərlər