Bakı-Qazax yolunda mikroavtobus aşması nəticəsində 3 nəfər ölüb – YENİLƏNİB + FOTO
Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində 3 nəfər ölüb.
ARANTV.AZ xəbər verir ki, dünyasını dəyişənlər Mahmudova Nərgiz, Şahverdiyev Lətif və Həsənova Rənadır.
Şahverdiyev Lətif və Həsənova Rəna qəzadan sonra Gəncədəki xəstəxanalardan birində vəfat edib.
Hadisə zamanı xəsarət alanların bir qismi Gəncə və Yevlaxda yerləşən dövlət və özəl xəstəxanalara yerləşdirilib.
Yaralıların adlarını təqdim edirik:
Şahverdiyev Sabit Lətif oğlu (1997)
Şahverdiyev Lətif (1971)
Əsgərov Elşad Abdulla oğlu (1972)
Həsənov Telman Mehman oğlu (1996)
Həsənova Rəna Kaman qızı (1956 )
Mahmudov Ayxan Eyvaz (2004)
Əkbərov Aytən Hüseyn qızı (1988)
Ağayeva Gülarə Çərkəz qızı (1976)
Mahmudova Xəzəngül Xaliqverdi qızı (1978)
Bəşirova Rəna Camal qızı (1999)
Əkbərova Aytən Hüseyn qızı (1988)
Əbülfət Əkbərov Hidayət oğlu (1971)
Nağıyeva Aidə (1964)
Qeyd edək ki, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub, onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.
19:51
Bakı – Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası olub.
“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb.
Onlar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Hadisənin təfərrüatı və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

