Moskva aeroportunda insident
Moskvanın Domodedovo hava limanında “Airbus A321” tipli təyyarə pilot olmadan hərəkətə keçib.
ARANTV.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, insident fevralın 2-si gecə saatlarında baş verib.
Qeyd olunur ki, aeroport əməkdaşlarının operativ müdaxiləsindən sonra təyyarə xəsarət görmədən yerinə qaytarılıb.

