Hadisə 

Hamamda azərbacanlı gəncin meyiti tapıldı – Türkiyədə

Antaliyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayev yaşadığı evin hamam otağında ölü tapılıb.

ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, gəncin cəsədi otaq yoldaşının anası tərəfindən aşkarlanıb.

Hadisə, Muratpaşa mahalı Yüksekalan məhəlləsi, 518 küçəsində yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə baş verib. Saleh Abdullayevin cənazəsi 4 gün əvvəl günorta saatlarında dostunun anası tərəfindən tapılıb. Hamam otağında Abdullayevin hərəkətsiz olduğunu görən qadın, polisə məlumat verib. Həyəcan zəngindən sonra hadisə yerinə gələn təcili tibbi yardım birqadası, gəncin öldüyünü görüblər.

Polisin açıqlamasına görə, S.Abdullayev Antaliyada turizm sektorunda çalışırmış. O, səhər saatlarında itini gəzdirib, evinə qayıtdıqdan sonra vanna otağında ölü tapılıb.

Mərhumun cənazəsi müayinə olunmaq üçün Antaliya tibbi məhkəməsinin meyitxanasına göndərilib.

 

Daha çox xəbərlər