Bitərəf deputatların 375 namizədinin DSK üzvlüyünə namizədliyi təsdiqləndi
Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən 375 nəfərin DSK üzvlüyünə namizədliyi irəli sürülüb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında deyib.
Namizədlərin siyahısı səsverməyə çıxarılaraq qəbul edilib.

