Hadisə 

Keçmiş məhkum silah və narkotiklə tutuldu

Gəncə sakininin üzərindən odlu silah və narkotik maddə aşkar edilib.

ARANTV.AZ xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılıb.

İdarədə onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram çəkidə narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Ölkə.Az

 

Daha çox xəbərlər