“Aran Media” qəzetinin kolektivi Lerik rayon Ambu kəndində şəhid Rəhmətov Əbülfəz Hüseyinverdi oğlunun məzarını ziyarət etdi+FOTO
“Aran Media” qəzetinin kolektivi regionlarda şəhid ailələrini davamlı olaraq ziyarət görüşlərini davam etdirir. Bu günlərdə qəzetin baş redaktoru Şeyda Əzizovanın rəhbərliyi ilə “Aran Media”-nın kollektivi Lerik rayonunda şəhid kapitan Rəhmətov Əbülfəzin ailəsi ilə görüşüb, şəhidin məzarını ziyarət ediblər. Şəhidin atası Hüseyinverdi Rəhmətov oğlunun qəhrəmanlığından qürur duyduğunu, onun vətənə olan tükənməz sevgisi barədə xatirələrini bölüşüb: “Əbülfəz mənim üçün əvəzolunmaz övlad idi. Mən oğlumun qəhramanlığı, vətənə olan sonsuz sevgisi ilə daim qürur duyacam. Övladımın bütün fikri-zikri yalnız vətəni müdafiə etmək, işğal altında inləyən torpaqlarımızın azadlığı uğrunda döyüşmək olub ”.

Məlumat üçün bildirək ki, kapitan Rəhmətov Əbülfəz Hüseyinverdi oğlu 1989-cu ildə Lerik rayonunda anadan olub. O, 1995-ci ildə Kitabəli Həmidov adına Anbu kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərərk Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirib leytenant rütbəsi alıb. 2010-2021-ci tədris ilində Silahlı QüvvələrinTəlim və Tədris Mərkəzində tağım komandiri kursunu bitirib.

2011-ci ildə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə kəşfiyyat tağım komandiri vəzifəsində fəaliyyət göstərməyə başlayıb. Müdafiə Nazirliyininəmri ilə 2013-cü ildə baş leytenant, 2017-ci ildə isə kapitan rütbəsinə layiq görülüb. 2010-2020-ci illərdə Qusar,Abşeron, Goranboy, Tərtər, Tovuz və Gəncədə yerləşən hərbi hissələrdə kəşfiyyat tağım komandiri, kəşfiyyat məlumatları üzrə rəis köməkçisi, hərbi hissənin kəşfiyyat rəisi əvəzi, motoatıcı taborun qərargah rəisi, motoatıcı tabor komandiri vəzifələrində fəaliyyət göstərib.

Kapitan Rəhmətov Əbülfəz Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illik yubleyi”, “Qüsursuz xidmətə görə” III dərəcəli və “Azərbaycan Ordusunun100 illiyi” medalı ilə təltif edilib. O, 2016-cı il “Aprel döyüşlərində”, 2020-ci il “Tovuz döyüşlərində” general Polad Həşomov ilə bir sırada ermənilərə qarşı döyüşlərdə xüsusi qəhramanlıq nümayiş etdirib.
27 sentyabr 2020-ci ildə işğal altında olan torpaqlarımızın azad edilməsi vəərazibütövlüyümüzün bərpa olunması üçün başlamış genişmiqyaslı Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin kəşfiyyatçı və motoatıcı taborunun qərargah rəisi kimi döyüşlərdə iştirak edib.
Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin və hərbi texnikasının ələ keçirilməsində xüsusi xidmət göstərmiş və 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən qəhramançasına şəhid olub.

Rəhmətov Əbülfəz Hüseyinverdi oğlunun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunun ərazisində tapılmışdır. 7 may 2021-ci ildə doğulduğu Lerik rayonun Anbu kənd qəbristanlığında dəfn olunub. Ailəli idi, iki övladı yadigar qaldı.
Şeyda Əzizova
“Aran Media” qəzetinin baş redaktoru

