AzTV-nin rejissoru və onun əri koronavirusdan vəfat etdi – Yenilənib
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru vəfat edib.
ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məmmədova Arzu Mövlud qızı koronavirus xəstəliyindən həyatını itirib.
54 yaşlı rejissor AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.
Sözügedən redaksiyanın rəhbəri, tanınmış jurnalist Azər Qismət A.Məmmədovanın həyat yoldaşının da koronavirusdan komada olduğunu qeyd edib.
***
Azər Qismət bildirib ki, rejissorun həyat yoldaşı da koronavirusdan vəfat edib. Onların iki övladı qalıb.



