Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirlər həyata keçirir
ARANTV.AZ xəbər verir ki, son vaxtlarda Gürcüstanda epidemik vəziyyətin sabit olmaması ilə əlaqədar Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirlər həyata keçirir. Komitənin Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan Mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə “Qırmızı Körpü” gömrük postunda artıq xidmətə başlayıb. “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” buraxılış məntələrində də belə hospitallar fəaliyyət göstərəcək. Mobil səyyar hospital tərəfindən səhhətində problem olan vətəndaşlara tibbi yardım göstəriləcək, zərurət yarandıqda infeksion xəstələr Səhiyyə Nazirliyinin müvafiq strukturlarına gündəriləcək.

