Gündəm 

Dünyanın 12 ən dəyərli məhsullarının siyahısında Abşeron zəfəranı ikincidir

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda yetişdirilən Abşeron zəfəranı dünyanın ən şəfalı və dəyərli məhsulları arasında ikinci yeri tutub. Məhşur “Luxurylaunches” saytı ən dəyərli məhsulların siyahısına 12 nemət daxil edib. Onların arasında Abşeron zəfəranı ikincidir. Saytın yaydığı məlumata görə, Abşeron zəfəranı müalicəvi əhəmiyyətli bitkidir. Bu bitki bir çox xəstəliyin müalicəsində dərman kimi istifadə oluna bilər. Qurudulmuş 1 kiloqram Abşeron zəfəranının qiyməti isə 11 min Amerika Birləşmiş Ştatları dollarına bərabərdir. Məqalədə bildirilir ki, 1 kiloqram quru zəfəranın əldə olunması üçün 150 mindən çox çiçək istifadə edilir. Ekspertlərin fikrinə görə, Azərbaycan zəfəranın sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. Abşeron zəfəranı ekzotik ədviyyat kimi də yüksək qiymətləndirilir.

Daha çox xəbərlər