Kleopatra həmkarlarına ATMACA: “Təbii gözəllik göstərməyin zamanı gəldi çatdı”
“Lavanda qoxulum” mahnısı ilə gündəmə gələn Kleopatra sosial şəbəkədə atmacalı paylaşım edib. ARANTV.AZ xəbər verir ki, ifaçı instaqramda bədəninə silikon vurdurub şişirdən qadın müğənnilərə söz atıb: “Tamaşaçı nə qədər silikon dodaq, silicon yanaq, süni popu, fake sifətlər, inqubator similar görsün? Zövqü çirkləndirən bayağı “qıjı” musiqi görməlidi? Nə qədər?”. O, bayağı mahnı oxuyanlarla bağlı tədbir görülməsini bildirib: “Nəhayət ki, təbii gözəllik və əsl şousunun nə olduğunu göstərməyin zamanı gəldi çatdı. Kleopatra sizin zövqünüzü vulqar, bayağı və “qıjı”lardan qurtaracaq, söz. Bunun üçün çalışacam, əlimdən gələni edəcəm”.

