Azərbaycanda daha bir müəllim COVID-19-dan vəfat etdi – FOTO

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.

ARANTV.AZ-ın məlumatına görə, Azərbaycan Texniki Universitetinin (AzTU) 52 yaşlı müəllimi Rəna Əhədova koronavirusun qurbanı olub.

O, 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib.

Qeyd edək ki, son günlər koronavirusdan vəfat edən müəllimlərin sayında artım müşahidə edilir.