Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıb.
ARANTV.AZ xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.
Yaralı hərbçilər hospitala yerləşdirilib.

