İlham Əliyev onlara general RÜTBƏSİ VERDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncamı imzalayıb.

ARANTV.AZ-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

polkovnik Yusif Həsən oğlu Mirzəyevə.

big.az