Bərdədə küçə itləri və onlardan qorxan sakinlər VİDEO
Bərdə rayonunda sahibsiz itlərin sayı çoxalıb. Sakinlər bildiririlər ki, sahibsiz itlərin sayı günbəgün artmaqdadır,rayon ərazisində küçə itləri insanlara hücum edir və onları qorxudur, sürü ilə gəzən itlərin hürüşməsi, insanlara hücum halları artıb,küçələrdə itlərə görə rahat hərəkət edə bilmirik. Həyətdə oturmaq olmur. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir. Küçə itlərindən şikayət edən sakinlər adiyyatı qurumları tədbir görməyə çağırır.

