Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qardaşlıq və həmrəylik birliyidir”

By Vüsal Rafiqoğlu
18.09.2021 3 Min Read

“Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan 12 sentyabr 2021-ci il tarixdə başlanmış və sentyabrın 20-dək davam edəcək “Üç qardaş – 2021″ birgə beynəlxalq təlimi son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə keçirdikləri təlimin regional sülhün qorunması baxımından da böyük önəm kəsb etdiyini vurğulayan millət vəkili bildirib ki, birgə hərbi təlimlər həm də ölkələrimiz arasında münasibətlərin məhz qarşılıqlı hörmət və etimad əsasında formalaşdığını nümayiş etdirir: “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıqların yanmasını həyata keçirdi. Bu reallıqlar fonunda diqqəti cəlb edən ən mühüm məqamlardan biri də yeni siyasi konfiqurasiyaların formalaşması oldu. Bu baxımdan məhz Azərbaycan – Türkiyə – Pakistan münasibətləri bu gün bütün dünyanın diqqətini cəlb edən bir alyans formatını almaqdadır.
Məlumdur ki, ölkəmizin qardaş Türkiyə ilə yanaşı Pakistanla da münasibətləri daim diqqət mərkəzində olub. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən  Ermənistana təpki göstərmək məqsədilə bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə kimi, Pakistan da bu məsələdə ilk gündən prinsipial mövqe tutub. Ölkəmizin müstəqilliyini tanıyan, Azərbaycanda səfirliyini açan ilk dövlətlərdən biri olaraq Pakistan daima Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib və erməni işğalına etiraz əlaməti olaraq bu ölkə ilə diplomatik əlaqələrdən imtina edib. Pakistan Azərbaycanın mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın lehinə  4 məlum qətnamənin qəbul olunmasında Türkiyə ilə birgə böyük rol oynayıb.
Bu gün də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021″ beynəlxalq təlimi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq, qardaşlıq və bütün sahələrdə tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Əlbəttə ki, bu beynəlxalq təlim həm də 3 ölkə arasında mövcud olan hərbi-siyasi formatda münasibətlərin yeni mərhələyə keçidinin göstərisidir. Heç şübhəsiz, bu cür təlimlər Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Bu isə birmənalı olaraq Cənubi Qafqaz regionunda davamlı sülhün, inkişafın və təhlükəsizliyin bərqərar olması işinə xidmət edəcək.”
Kamaləddin Qafarov Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin möhkəmliyini təmin edən əsas amillərdən birinin də bu münasibətlərin təkcə dövlətlərarası formatda deyil, həm də bu üç ölkənin xalqları arasında yaşanan dostluq əlaqələrinin olduğunu qeyd edib: “Ötən əsrin sonlarından start götürən yeni dünya düzəninin formalaşması prosesi bu gün də davam edir. Bu qlobal proses ilk növbədə yeni dünyada yeni güc mərkəzlərinin, yeni alyansların yaranması ilə müşayiət olunur. Təbii ki, Azərbaycan da Avrasiya məkanının ən əhəmiyyətli geostrateji regionlarından biri olan Cənubi Qafqazın lider dövləti kimi bu proseslərdən kənarda qala bilməz. Əksinə, Vətən müharibəsinin nəticələrinə görə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan yeni dünya düzəninin formalaşmasında ən aktiv şəkildə iştirakını bütün dünyaya nümayiş etdirdi. O cümlədən 27 iyul 2021-ci il tarixdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanmış Bakı Bəyannaməsi də ölkəmizin bundan sonra da həmin proseslərdə aktiv iştirak edəcəyini təsdiq edən beynəlxalq hüquqi sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Belə bir  məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizin bu gün nüvə dövləti olan Pakistanla və NATO-nun ən böyük quru qoşunlarına malik olan Türkiyə ilə strateji müttəfiq olaraq yanaşı durması sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və dövlətimizi daha geniş geosiyasi arealda söz sahibi kimi tanınmasına xidmət edir. Bu isə, birmənalı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin növbəti təntənəsi kimi dəyərləndirilməlidir. Unutmaq olmaz ki, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib.
Digər tərəfdən isə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin möhkəmliyi təkcə dövlətlərarası formatda deyil, həm də bu üç ölkənin xalqları arasında yaşanan dostluq əlaqələri ilə təmin olunur. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə şəhər və kəndlərimizdə müqəddəs bayrağımızla yanaşı, Pakistan və Türkiyə bayraqlarının da qürurla dalğalandırıldığı günlərdə bu ölkələrin də xalqları bizim Qələbəmizi eyni sevinclə, eyni coşqu ilə qeyd ediblər. Ölkələrimiz arasında sıx əlaqələrin olması da əməkdaşlıq üçün yeni və daha geniş imkanlar açır. Şübhə yoxdur ki, “Üç qardaş – 2021″ beynəlxalq təlimi də ordularımız arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək və beynəlxalq terrorla mübarizədə güc və imkanlarımızı daha da artıracaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan gənclərlə birgə mahnı oxudu – VİDEO

Next

Rusiya şirkətləri Qarabağda “ağıllı şəhər” tikintisinə qoşula bilər

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv