Əhalinin pulsuz tibbi müayinəsi kampaniyası başlanıb
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, növbəti dəfə əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Hər il ölkə üzrə 5 milyondan çox insanın iştirak etdiyi bu aksiya xəstəliklərin vaxtında aşkar olunmasına xidmət edir. Şimal bölgəsinin əhalisi bu dəfəki aksiyaya ilk gündən fəal qoşularaq yaradılan şəraitdən istifadə edirlər. Qusar və Qubanın tibb müəssisərindən hazırlanan süjeti izləyək.
Quba Rayon Mərkəzi Xəstəxanasının 230 çarpayılıq yeni binası prezident İlham Əliyevin iştirakı ilə 3 ay əvvəl istifadəyə verilib. 20 şöbədən ibarət xəstəxanada əhaliyə yüksək səviyyəli xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Əhalinin pulsuz tibb müayinəsi də əsasən bu xəstəxanada, eləcə də kəndlərdəki tibb məntəqələrində aparılacaq. Bunun üçün həkim briqadaları yaradılıb. Bu briqadalara terapevt, kardioloq, cərrah, nevropatoloq, oftolmoloq kimi müxtəlif ixtisaslı həkimlər daxildir.
Bu ilki aksiyada Qusarda 98 min sakinin müayinədən keçməsi nəzərdə tutulur. İlk gün Qusar Rayon Mərkəzi Xəstəxanasında 450-dən çox sakin tibbi müayinədən keçib.
Ehtiyac olduğu halda pasientlərə ulturasəs, kardioqram, rentgen və laborator müayinələr də təyin edilir.
Rayon sakinləri tərtib edilən qrafikə uyğun mərkəzi rayon xəstəxanası ilə yanaşı, kənd sahə xəstəxanalarında da müayinə olunurlar.
Xəstəlik aşkarlandığı halda sakinlər stasionar və ambulator müalicəyə cəlb olunurlar. Zəruri hallarda pasient daha ətraflı müayinə üçün Bakıdakı ixtisaslaşmış xəstəxanalara göndərilir.
Dövlət başçısnın göstərişinə uyğun olaraq, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir.

