Sosial 

Gələn il əsas prioritetlərdən biri ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir

2022-ci ildə əsas prioritet xərc istiqamətlərindən biri ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir.

ARANTV.AZ xəbər verir ki,  bu, Nazirlər Kabinetinin 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasında bildirilib.

Qeyd edilib ki, Ordunun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.

Daha çox xəbərlər