Sosial 

1 həftə komada qalan şəhidimiz Elnur İmamverdiyev – FOTO

Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür.

ARANTV.AZ  xəbər verir ki, bu müharibədə bizə öz canı bahasına qələbə bəxş edənlərdən biri də Elnur İmamverdiyevdir.

O, 9 yanvar 2001-ci il tarixində, Kürdəmir rayonunun Carlı kəndində dünyaya gəlib. 2019-cu ilin oktyabr ayının 25-də hərbi xidmətə yola düşüb. Müharibə başladığı günə qədər Sumqayıt şəhərində, N saylı hərbi hissədə xidmət edib.

27 sentyabr tarixində döyüşə gedib. Cəbrayıl, Qubadlı istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 18-də avtomobillə yük aparan zaman minaatan mərmisinin düşməsi nəticəsində ağır yaralanaraq xəstəxanaya çatdırılıb. 1 həftə komada qalan igidimiz, 25 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanımız böyüyüb başa çatdığı Carlı kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, ” Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

1 həftə komada qalan şəhidimiz Elnur İmamverdiyev - FOTO1 həftə komada qalan şəhidimiz Elnur İmamverdiyev - FOTO

Daha çox xəbərlər