Sosial 

Naftalanda Vətən müharibəsi şəhidləri anılıb

27 sentyabr – Anım Günü ilə əlaqədar Naftalan şəhərində şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin iştirak ilə tədbir təşkil olunub.

ARANTV.AZ xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhər ərazisində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi Abdin Rüstəmov və şəhid ailəsinin üzvü Zülfümar Nuriyeva çıxış ediblər.

Sonda “Dəmir yumruq” tarixi zəfəri sənədli filmi nümayiş olunub.

Daha çox xəbərlər