Kamal Abdulla işdən çıxardığı qalmaqallı xanım dekanın yerinə başqasını təyin etdi
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin rektor Kamal Abdulla tərəfindən qalmaqallı şəkildə vəzifəsindən azad edilməsi ilə bağlı məlumat vermişdik.
ARANTV.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, universitetin rektoru Kamal Abdullanın göstərişi ilə işdən çıxarılan dekanın vəzifəsi Aygün Natiq qızı Yusifovaya həvalə edilib.
Qeyd edək ki, Filologiya və Jurnalistika fakültəsinin dekanı vəzifəsinin həvalə olunduğu Aygün Yusifovaya bu vaxta qədər həmin dekanlıqda müavin vəzifəsində çalışıb.

