Vətən Müharibəsi Qəhrəmanının anım günü qeyd olunub, xatirə lövhəsi ucaldılıb – FOTO
Bu gün Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Ceyhun Aydın oğlu Həsənovun anım günü qeyd olunub.
Öncə 2-ci Fəxri Xiyabanda şəhid kapitanın məzarı ziyarət olunub.
Daha sonra Xətai rayonu Gəncə prospekti 50 ünvanda rayon rəhbərliyinin, rayon ictimaiyyətinin, məktəblilərin və ailə üzvlərinin iştirakı ilə şəhid kapitan Ceyhun Həsənovun xatirəsinə ucaldılmış xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər Vətən Qəhrəmanının döyüş yolundan, göstərdiyi şücaətlərdən söz açıblar. Məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiyadan sonra tədbir Hərbi Orkestrin ifa etdiyi marş sədaları altında başa çatıb.

