Bu gün şəhid Cəlalzadə Cəlal,Paşayev Ramil,Tağızadə Cahid,Şükürov Sərvanın ildönümüdür

Calalzadə Calal 1993-cü il oktyabr 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Calal Calalzadə oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” medalı ilə təltif edilib. Məzarı doğulub boya-başa çatdığı Mustafaağalı kənd qəbristanlığında yerləşir.

Ramil Paşayev 1994-cü il iyulun 28-də Bərdə rayonunun Əyricə kəndində anadan olub
Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramil Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Paşayev oktyabrın 27-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Cahid Tağızadə 1988-ci il fevralın 12-də Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Cahid Tağızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahid Tağızadə oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Tağızadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Tağızadə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edib.
Ailəli idi. Nərmin adında bir qızı və Nihad adında bir oğlu yadigar qalıb.

Sərvan Şükürov 1998-ci il avqustun 26-da Bərdə rayon Kələntərli kəndində anadan olub.
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində , savaşa qatılan Sərvan Şükürov da misilsiz qəhrəmanlıqlar nümayiş etdirib. O, Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ağdərə istiqamətində həyata keçirilən döyüşlərə igidlik və fədakarlıq göstərən Sərvan Şükürov oktyabrın 3-də qəhrəmancasına döyüşərək şəhid olub.
Şəhid Şükürov Sərvan Sərxan oğlu Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “ Suqovuşanın azad olmasına görə” medalları ilə təltif olunub.

