Prezidentin Cəbrayıla səfəri Türkiyə mediasında FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonuna səfəri, ictimaiyyət nümayəndələri ilə görüşü, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyması Türkiyənin aparıcı kütləvi informasiya (KİV) vasitələri tərəfindən geniş işıqlandırılıb.
ARANTV.AZ xəbər verir ki, Anadolu Agentliyi, NTV, “Haber türk “A Haber” telekanalları, “Sabah”, “Yeni şafak” qəzetləri və digər media qurumları Azərbaycanın dövlət başçısının səfərinin mahiyyətini türkdilli ictimaiyyətə olduğu kimi təqdim ediblər. Məlumatlarda vurğulanır ki, Azərbaycan müstəqil siyasət yürüdür və öz suveren hüquqlarını qətiyyətlə müdafiə edir.
“Bölgədə sabitliyin yaranmasında Türkiyə və Rusiyanın rolu böyükdür”, “Heç kim işlərimizə qarışmasın”, “Ermənistan tərəfi Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarından əl çəkməlidir” və digər sərlövhələrlə təqdim olunan xəbərlərdə vurğulanır ki, Prezident İlham Əliyev bir daha Azərbaycanın müstəqil siyasət yürütdüyünü və mövqeyinin dəyişməzliyini dünya ictimaiyyətinə qətiyyətli şəkildə çatdırıb.
Həmçinin diqqətə çatdırılır ki, sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycan işğaldan azad edilmiş bölgələrdə kompleks quruculuq və bərpa işləri həyata keçirir.










