Gündəm 

Azərbaycan İsraildə səfirlik açacaq

Azərbaycan İsraildə səfirlik açacaq.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib:

“Məsələ çoxdan müzakirə olunur. Azərbaycanın İsraildə Səfirlik təsis edilməsinin tərəfdarıyıq. Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var”.

O qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil:

“Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.

Daha çox xəbərlər