Hadisə 

Azərbaycanda 25 yaşlı jurnalist koronavirusdan vəfat etdi

Azərbaycanda gənc jurnalist Nurlan Ağa koronavirusdan vəfat edib.

ARANTV.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

25 yaşlı jurnalistin bir müddət əvvəl COVID-19-a yoluxduğu, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilirdi.

Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Son vaxtlar Türkiyədə yaşayırdı.

Daha çox xəbərlər