Gündəm 

Ekspertlər Biznesin İnkişafı Fondu haqda danışdılar

Azərbaycanda investisiyaların  təşviqi və sahibkarlığın dəstəklənməsi ilə məşğul olacaq yeni qurum yaradılıb. Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanına əsasən İqtisadiyyat Nazirliyi nəzdində Biznesin İnkişafı Fondu (BİF) publik hüquqi şəxs təsis edilir. Yeni qurum “Sahibkarlığın İnkişafı Fondu” və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə yaradılır.

Fərmana əsasən BİF-in yaradılmasında əsas məqsəd iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılmasıdır. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 9 (doqquz) üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının 5 (beş) üzvünü İqtisadiyyat Nazirliyi, 4 (dörd) üzvünü isə hərəsindən bir nəfər olmaqla Mərkəzi Bank, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Turizm Agentliyi təyin edəcək.

Fondun fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini, Müşahidə Şurasının sədrini iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Qeyd edək ki, Azərbaycana investisiyaların cəlb olunması, sahibkarlığın inkişafı uzun illər boyu mövcud olan ən aktual problemlərdəndir. Yeni qurumda birləşdirilən Sahibkarlığın İnkişafı Fondu müxtəlif adlarla 1992-ci ildən fəaliyyət göstərir. Onun əsas işi dövlətin ayırdığı güzəştli vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılmasını təmin etməkdir. Rəsmi məlumatlara əsasən, 2002-2020-ci illərdə  Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib.

İllik hesabatından məlum olur ki, 2020-ci il ərzində fondun vəsaiti hesabına güzəştli kredit almaq məqsədilə sahibkarlıq subyektləri tərəfindən 17 müvəkkil kredit təşkilatı vasitəsilə ümumilikdə 1 072 müraciət daxil oub. Müraciətlərin 886-sı müsbət qiymətləndirilib, 186 müraciətə isə sahibkarlıq subyektinin təqdim etdiyi hüquqi sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən imtina verilib. Müraciətlərin ümumi kredit tələbatı 179.8 milyon manat, o cümlədən müsbət qiymətləndirilmiş müraciətlər üzrə 88.5 milyon manat, imtina edilmiş müraciətlər üzrə isə 91.4 milyon manat olub.

Hesabat dövründə fond tərəfindən layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib.  Müqayisə üçün qeyd edək ki, ötən il güzəştli kreditlərin məbləği 175 milyon manat təşkil edib.

2020-ci il ərzində verilmiş kreditlərin layihə sayı üzrə 99.5 faizi (903 layihə) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Kreditin məbləği üzrə isə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 84.2 faiz təşkil edir.

İl ərzində kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 824 layihəyə 56.5 milyon manat, kənd təsərrüfatı məhsullarının emalı üzrə 9 layihəyə 15.8 milyon manat, sənaye məhsullarının istehsalı və emalı üzrə 59 layihəyə 47.3 milyon manat, xidmət (infrastruktur) üzrə 6 layihəyə 1.6 milyon manat, turizm üzrə 7 layihəyə 0.7 milyon manat, digər (xidmət, tibb və s.) sahələr üzrə 3 layihəyə 5 milyon manat güzəştli kredit verilib.

Biznesin İnkişafı Fondu hansı yenilikləri tətbiq edəcək?

Hesabat dövrü ərzində yeni texnologiyalara əsaslanan ümumi dəyəri 323.3 milyon manat olan 46 müəssisəyə 89.3 milyon manat güzəştli kredit ayrılıb.

2019-cu illə müqayisədə fond vəsaitlərindən yararlanmaq üçün müraciətlərin sayı 42,3 faiz, təklif olunan layihələrin maliyyə tutumu 37,8 faiz, maliyyələşdirilən layihələrin dəyəri isə 27,5 faiz azalıb. Qurum bildirir ki, 2020-ci il ərzində təqdim edilən dövlətin güzəştli maliyyələşmə mexanizmindən yararlanmaq istəyən sahibkarlıq subyektlərinin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə azalma koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa mənfi təsiri ilə əlaqədar olub: “Eyni zamanda fondun vəsaitinin 50 milyon manatı mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizminin icrası üçün nəzərdə tutulduğundan, həmin vəsait güzəştli kreditlərin verilməsi üçün istifadə edilməyib”.

2006-cı ildə Prezident sərəncamı ilə yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” ASC(AİŞ)nin əsas məqsədi ölkə daxilində və ya xaricində cari və yeni layihələrə investisiya qoyuluşu vasitəsilə ölkənin qeyri-neft sahəsinin inkişaf etdirilməsi, yerli və xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb edilməsi və kapital bazarının inkişafının dəstəklənməsi idi. Bu günədək AİŞ müxtəlif nüfuzlu beynəlxalq və yerli investorlarla birgə ümumi dəyəri 860 milyon dollar təşkil edən 13 layihəyə təxminən 220 milyon dollar dəyərində investisiya yatırılıb.

Bu iki qurumdan əlavə, Azərbaycanda İqtisadiyyat Nazirliyi nəzdində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlı qurum da fəaliyyət göstərməkdədir. Ölkədə sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşunun artırılması məqsədilə çoxsaylı qurumlar yaradılıb, saysız-hesabsız proqram və layihələr icra olunsa da, bu gün Azərbaycanda biznesin yüksək inkişafından danışmaq mümkün deyil. Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bir sıra dövlət məmurlarının biznesin inkişafına mane olduqlarını bəyan edib, onların ciddi cəzalandırılacaqlarını deyib. Çoxsaylı icra başçıları, məmurlar həbs olunsalar da, biznesin qarşısındakı məmur əngəllərini tamamilə aradan qaldırmaq mümkün olmayıb. Bu baxımdan, yeni formalaşdırılacaq qurumun üzərinə böyük məsuliyyətin qoyulduğunu söyləmək olar. BİF bu məsuliyyətin öhdəsindən gələ biləcəkmi, yaxud gəlmək üçün nələr etməlidir?

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Natiq Cəfərli: “İstəyirlər, 50 belə fond yaradılsın…”

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda biznesin inkişafı qarşısındakı sədləri ləğv etmək üçün bir fondun fəaliyyəti yetərli deyil: “İstəyirlər 50 belə fond yaratsınlar, ədalətli məhkəmə yaranmadıqca, biznesin işinə müdaxilə edən hüquq-mühafizə, özlərini biznesdən ağıllı sayan yerli icra başçıları institutu qaldıqca heç nə dəyişməyəcək, dəyişməsi mümkün deyil. Bu, çox bəsit həqiqətdır, təəssüf ki, neft-qaz qiymətlərinin artması bu həqiqəti arxa plana çəkir, hökuməti növbəti dəfə ”tənbəlləşdirir”. Bu yaxınlarda qeyd etmişdim – 2030-cu ilə qədər enerjidaşıyıcılarının qiyməti yüksək olacaq, bu, ölkəmiz üçün ikinci və son şans olacaq ki, ciddi sistem islahatları həyata keçirib məmləkəti keyfiyyətcə yeni səviyyəyə çıxartmağa nail olaq. Birinci şansı iqtisadi olaraq itirdik, amma işğal faktının böyük ölçüdə sona çatması, torpaqlarımızın işğaldan böyük ölçüdə azad edilməsi o itirilmiş şansı müəyyən mənada kompensasiya etdi – indi isə ikinci və son şansı itirməyə haqqımız yoxdur. 2030-da tamam başqa dünyada yaşayacağıq, hazırlaşmasaq, bəşəriyyətin uduzanlar, autsayderlər “liqasında” qalacağıq”…

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın fundamental problemləri var: “Biznesin İnkişafı Fondu öz əsasnaməsi çərçivəsində maliyyə çatışmazlığının yumşaldılması, biznesə maliyyə dəstəyinin verilməsi ilə məşğul olmalıdır. Onun iqtisadiyyatdakı fundamental problemləri həll etmək imkanları yoxdur. Bura ilk növbədə məmur biznesinin hegemonluğu, azad sahibkarların sıxışdırılması, inhisarçılığın yüksək təşəkkül tapması, ədalətli məhkəmə sisteminin olmaması kimi böyük problemlər daxildir. Ölkə biznesinin çox fərqli xarakterli digər problemləri də vardır. Maliyyə əlçatanlığı onlardan ən dərinlərindən biridir. Həm Azərbaycan İnvesitisiya Şirkəti ASC, həm də Sahibkarlığın İnkişafı Fondu məhz maliyyə əlçatanlığının genişləndirilməsi məqsədilə yaradılmış qurumlar idi. Bunların birləşməsi daha effektiv və hədəfli siyasət aparmağa imkan verə bilər. Düşünürəm ki, fondun fəaliyyətinin nə qədər uğurlu olması ona veriləcək səlahiyyətlərdən asılıdır. Bu baxımdan, onun əsasnaməsi nə qədər təkmil olacaqsa, fəaliyyəti də bir o qədər təsirli olacaq”.

Rəşad Həsənov: “Hələlik qarşıya qoyulan hədəflərə nail olunmayıb”

Rəşad Həsənov: “Fond diqqətini mikro, kiçik və orta sahibkarlara cəmləməlidir”

Ekspert hesab edir ki, ölkədə sahibkarlığın maliyyə mənbələrinə çıxışını asanlaşdırmaq üçün yeni maliyyələşmə alətlərinin tətbiqinə ehtiyac var: “Belə alətlər yaradılarsa, yeni fondun sahibkarlığa dəstəyi arta bilər. Bu gün ölkə iqtisadiyyatı qarşısında duran çağırışlar tələb edir ki, məhdud resurslarla maksimum nəticələrin əldə olunması hədəflənsin. Biznesin İnkişafı Fondu bu baxımdan, əlindəki maliyyə vəsaitlərini daha çox kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatan etməyə çalışmalıdır. Çünki iri sahibkarlıq subyektləri üçün maliyyə əlçatanlığı onsuz da genişdir. Bu sahədə ciddi dəstəyə mikro, kiçik və orta sahibkarlıq ehtiyac duyur. Fond həmçinin vəsaitlərin bölüşdürülməsi zamanı sektorlar arasında ədalətli bölgünü təmin etməlidir. Bu gün fondun ayırdığı güzəştli kreditlərin 45 faizindən çoxu kənd təsərrüfatına yönəlir, digər sahələrə isə az vəsait yönəldilir. Bu problem aradan qaldırılmalıdır. Yaxud kommersiya banklarının maraq göstərmədiyi sahələrə dəstək üçün əlavə alətlərin yaradılması çox vacibdir. Kommersiya bankları daha çox likvidlik olan sahələrə vəsait ayırmağa meyllidilər. Rəqəmsal innovativ layihələrə maraq göstərmirlər. Fond məhz bu istiqamətlər üçün əlavə maliyyə alətləri tətbiq etməlidir. Digər bir məsələ güzəştli kreditləşmə üçün ayrılan vəsaitlərin məbləğinin ildən-ilə azalmasıdır. Halbuki bu məbləğ getdikcə artırılmalıdır. AİS-in portfelinin də fonda verilməsi beynəlxalq maliyyə qurumlarının sahibkarlığın güzəştli kreditləşməsinə cəlbinə imkan verə bilər”.

Daha çox xəbərlər