Gündəm 

Azərbaycandan İrana kişilik dərsi – Moskva nədən narahatdır?

44 günlük müharibənin bitməyindən təxminən bir il ötür. Ordumuzun düşmən üzərində qazandığı tarixi qələbə imkan verdi ki, Azərbaycan regionda söz sahibinə çevrilsin və buradakı prosesləri tənzimləyən əsas aktyorlardan biri kimi sonrakı proseslərə də müxadilə etmək imkanı olsun.

Vətən müharibəsindən sonra bölgədəki bir çox hadisələr Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi Zəfərin əhəmiyyətini daha da artıra bilərdi ki, postkonflikt dövründə buna nail olmaq, qələbəni taclandırmaq üçün rəsmi Bakı informasiya müharibəsində də düşmənə aman verməmək, həqiqəti dünya ictimiyyətinə çatdırmaq üçün bütün gücünü səfərbər etməli idi. Deyə bilərik ki, müharibənin ikinci mərhələsi hesab edilən, soyuq savaş adlandırılan postkonflikt dövründə də Azərbaycan bunun öhdəsindən uğurla gəlməyi bacarır.

Təəssüfedici məqam isə ondan ibarətdir ki, bu günə kimi Azərbaycan düşməni Ermənistana qarşı savaşaraq haqlı mübarizəsində ədalətsizliyə, 30 illik işğala son qoymağı bacardıqdan sonra ermənilərin uzun illərdir hər qarışını minaladığı əraziləri təmizləmək, orada bərpa-quruculuq işləri apararaq, əhalisini ora köçürmək haqda düşündüyü bir vaxtda bəzi qüvvələrin illərdir Azərbaycana qarşı bəslədiyi kin-küdurəti, nifrətilə qarşılaşdıq. Lakin Azərbaycana artıq heç bir dövlət, heç bir qüvvə mane ola bilməyəcək.

Sonu ölüm də olsa…

Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı söylədiyi bəzi fikirlər Ermənistandakı revanşist qüvvələrə, onların havadarlarına ciddi siqnal olmalıdır. Dövlət başçısı “Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin” sözləri ilə düşmənə havadarlıq edən, onu durmadan silahlandıran, Azərbaycana qarşı məkirli planlarını yenidən işə salmaq məqsədilə ermənini gücləndirmək niyyəti güdən qüvvələrə cəhdlərinin heç bir əhəmiyyətinin olmayacağı, Azərbaycan xalqının, Ordusunun, dövlətinin birliyini Vətən müharibəsində olduğu kimi bundan sonra da heç kimin sarsıtmağa gücünün çatmayacağı mesajını verdi. O, bununla yanaşı belə cəhdlər edənlərin Azərbaycanın sərt mövqeyi ilə qarşılaşacağını da lazımı vaxtda duyurdu.

Müharibədən sonra Azərbaycanı hədələyən qüvvələrdən hər kəs xəbərdardır. Söhbət bölgədən gedirsə, Azərbaycanın müstəqilliyini təhdid edə biləcək və güc balansına görə qeyri-bərabər olduğumuz iki ölkə var – Rusiya və İran.

Rusiya II Qarabağ müharibəsində Ermənistanın daha ağır məğlubiyyətlə qarşılaşmasının qarşısını alan əsas faktordur. 10 noyabr üçtərəfli bəyanatında üçüncü tərəf kimi bölgədə illərdir münaqişə ocağı olan Qarabağ məsələsinin həllində neytral mövqe tutmaqla müəyyən qədər töhfəsi olan Rusiya qismən istəyinə çatdı. Rusiya üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Qarabağda – Azərbaycan sərhədləri daxilində hərbi qüvvəyə (sülhməramlı qüvvələr) malikdir və anlaşmaya görə 2025-ci ilə qədər bölgədə fəaliyyət göstərəcəklər. Prezident İlham Əliyevin “Qeyri-bərabər savaş, qeyri-bərabər mübarizə” ifadəsi ruslara da şamil edilə bilərdi, o zaman kimi ki, bölgədə Türkiyə-Rusiya tandemi nəzərə alınmasaydı. Lakin 2025-ci ildə sülhməramlı kontingentin Qarabağdan çıxarılma perspektivini nəzərə alsaq, Azərbaycan Prezidentinin bu xəbərdarlığının ünvanının ruslar olmadığını düşünmək olar.

Bütün bunlarla yanaşı hazırda dünyada və regiondakı vəziyyət Rusiyanın da Azərbaycanla “qeyri-bərabər mübarizə” fikrində olmadığını deyə bilərik. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina bu həftə Cənubi Qafqaza nəzərdə tutulan səfəri Rusiyanı daha çox narahat edən məsələ ola bilər. Havyer Kolomina bu barədə tvitter səhifəsində məlumat paylaşaraq “Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm” deyib. Bu da Rusiyanın sərhədlərinə yaxınlaşan NATO təhlükəsi ilə məşğul olması məsələsini daha ön plana çıxarır.

Və görünən odur ki, NATO-Rusiya arasında hər an hərbi toqquşma ehtimalı var. Rusiya XİN rəhbəri Sergey Lavrovun son bəyanatı vəziyyəti müəyyən etmək üçün kifayətdir “Noyabrın 1-dən Rusiyanın NATO-dakı nümayəndəliyi və NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti dayandırılacaq. Rəsmi Moskva bu qərarı NATO-nun Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin 8 əməkdaşının akkreditasiyasının geri çağırılması haqda addımına cavab olaraq verib. Bütün bu proseslər heç şübhəsiz ki, bölgədə yarımçıq qalan bəzi işləri yekunlaşdırmaq üçün rəsmi Bakıya əlavə şans verib və Azərbaycan Prezidenti də bunun çox yaxşı fərqindədir.

Çünki Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı Cuanşer Burçuladze ilə birgə mətbuat konfransında çıxışı zamanı “altılıq platforması”nın yaradılmasına münasibət bildirərkən deyib ki, “yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Pentaqon rəhbəri bildirib ki, hər şeydən öncə Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməlidir. Bununla da Qərbin, ABŞ-ın İranla birməsələdə mövqelərinin üst-üstə düşdüyünü deyə bilərik. “Altılıq platforması”nın 10 noyabr bəyanatında nəzərdə tutulan xüsusilə kommuniksiyalarla bağlı olduğunu nəzərə alsaq, demək ki, Qərb də Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Beləliklə, ABŞ rəsmilərindən kimsə ilk dəfə Cənubi Qafqaz üçün nəzərdə tutulan “altılıq formatı” təklifinə münasibət bildirərək Vaşinqtonun “altılıq formatının” əleyhinə olduğunu açıq etiraf edib. Bütün bu gərginlik fonunda Rusiyanın Qərbin sanksiyaları, təzyiqləri, NATO-nun sərhdlərinə daha da yaxınlaşması kimi təhlükəni dəf etmək yollarını düşünməsi Azərbaycana qarşı Moskvanın “qeyri-bərabər mübarizə” planını deaktiv edən növbəti geosiyasi məsələlərdəndir.

Bu təhlil fonunda İlham Əliyevin açıqlamasının əsl hədəfi məlum olur. Əslində Azərbaycan Prezidentinin “Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin” mesajı son zamanlar Bakıya diş göstərmək istəyi fiaskoya uğrayan İrana növbəti sillə idi. 30 il erməni işğalında olan Azərbaycan ərazilərindən narkotrafik kimi istifadə edən İranın bu “imkandan” məhrum olmasından sonra dini-siyasi-hərbi rəhbərliyinin leksikonunda rəsmi Bakıya qarşı kifayət qədər aqressiya sezildi.

Tehranın Bakını diplomatik etiketdən uzaq formada təhdid etməsi, rəsmi Bakıya qarşı əyalət mollaları səviyyəsində qarayaxma kampaniyası aparması İranın növbəti (İstər müharibə zamanı, istərsə də ondan sonra Gorus-Qafan yolu vasitəsi ilə Qarabağdakı qanunsuz erməni silahlılarını, eyni zamanda erməni əhalini rəsmi Bakının xəbərdarlıqlarına məhəl qoymadan müxtəlif növ təminatla təchiz ediblər – red) hörmətsizliyi idi. İranın bundan sonra da mümkün ssenarilərdən artıq çox yaxşı xəbərdar olan İlham Əliyev qeyri-bərabər savaşa rəğmən, müstəqilliyimizi güzəştə getməyəcəyimiz mesajını verərək Tehranın “ədalətini” yenidən nəzərdən keçirməsi üçün fürsət yaradıb.

Daha çox xəbərlər