Sosial 

Bərdədə küçədən azyaşlı uşaq tapılıb – VİDEO

Bərdə rayonunda küçədən azyaşlı uşaq tapılıb.

Gecə saatlarında 5 yaşlı Akif Atabəy oğlu  Abdullayev  rayonun Heydər Əliyev prospekti ərazisində aşkarlanıb.

Yerli sakinlər azyaşlını polisə təhvil veriblər.

Aparılan araşdırmalardan sonra məlum olub ki, uşağın atası həbsdə olduğundan bibisinin himayəsində yaşayır. Uşağın bibisi Ayşən Abdullayeva deyir ki, Akifi heç kim çölə atmayıb. Uşaq onun öz oğlu ilə birlikdə olub. Nədənsə ayrı düşüblər.

Məsələ ilə bağlı DIN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib. Azyaşlı uşaq himayəsində yaşadığı bibisinə təhvil verilib.

ARANTV.AZ  xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Daha çox xəbərlər